Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 6 Avqust
# 06 avqust 2016 18:06 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

2013-cü ilə kimi AKP hökumətinin uzaqvuran toplarından dörd nəfər haqqında Fəthullahçı Terror Təşkilatı ilə əlaqələrə dair araşdırma aparılır. Bülənt Arınc, Hüseyn Çelik, Sadullah Ərgün və Suat Kılıç haqqında prokurorluq təhqiqatı AKP-də təmizləmə prosesinin başlayacağı barədə ehtimalları doğrultdu. Hər kəs artıq "sıra kimdədir" sualı üzərində baş sındırır. Hökumətə yaxın media qurumlarını monitorinq edərək müəyyən ehtimallar irəli sürmək mümkündür. Sırada ilk üç nəfərdən birinin baş nazirini müavini Şaban Dişli olacağı şübhə doğurmur. Dişlinin qardaşı silahlı çevriliş cəhdinin rəhbərlərindən biri olub və hazırda həbsdədir. AKP mediası iki gündür sabiq gömrük naziri Hayati Yazıcının Fətullah Gülənlə əlaqələrinə dair silsilə materiallar dərc etdirir, bu səbəbdən siyahıya Yazıçının da adını əlavə etmək olar. Və nəhayət iqtisadiyyat naziri Nihat Zeybəkçinin yaxın qohumu haqqında FETÖ təhqiqatı çərçivəsində həbs qətimkan tədbiri seçilməsi bu şəxsin də təmizlik prosesinə cəlb olunacağını göstərir. Vəzifədən uzaqlaşdırılacağı gözlənilən daha bir nəfər Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidandır. Fidanın hələ də vəzifədə qalması həm MİT-də aparılan islahatlar, həm də prezident Ərdoğanın bəyan etdiyi "keçiddə atları dəyişməzlər" prinsipidir. MİT-in səlahiyyətlərinin bölünməsini nəzərdə tutulan qanun hökmündə qərarnamənin bu günlərdə imzalanacağı gözlənilir. Hakan Fidan ən tez bu qərarnamədən, ən gec isə prezident Ərdoğanın Rusiya səfəri başa çatdıqdan sonra kreslosuna əlvida deyəcək. FETÖ ilə əlaqəsi olan şəxslər arasında sabiq prezident Abdullah Gül, daxili işlər naziri Əbdülqadir Aksu, müdafiə naziri Vecdi Könül, parlamentin spikeri Cəmil Çiçək, sabiq baş nazir Əhməd Davudoğlunun da adları keçir. Lakin hökumət mediasının bu şəxslərlə bağlı susqunluğu onların istintaqa cəlb olunacağı ehtimalını azaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR