Bakı sakinindən odlu silah götürülüb

Bakı sakinindən odlu silah götürülüb
# 23 fevral 2016 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən odlu silah aşkarlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Kazımovdan nömrəsi silinmiş “AKM” markalı silah, patron darağı və 30 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR