Bir sıra məcəllə və qanunlara dəyişikliklər qəbul edilib

Bir sıra məcəllə və qanunlara dəyişikliklər qəbul edilib
# 18 dekabr 2015 11:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisdə bir sıra məcəllə və qanunlara dəyişikliklər qəbul edilib.

APA-nın məlumatına görə, bunlar Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə, "Sərhəd qoşunları haqqında", "Notariat haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında", “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Dövlət rüsumu haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında", "Təbii inhisarlar haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Xidməti və mülki silah haqqında", "Gömrük tarifi haqqında", "Yerin təki haqqında", "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunlarda, o cümlədən Torpaq Məcəlləsində edilən dəyişikliklərdir.

Dəyişikliklərin bir çoxu texniki xarakterlidir. Bir sıra qanunlara edilən eyni məzmunlu dəyişikliyə əsasən Xəzər dənizi sahil zolağının qrafik təsvirində həmin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinin, əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. Sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərtilə hasara alınma yolu ilə və ya yad üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və bağlanma üçün istifadə edilən konstruksiyalar qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsini məhdudlaşdırmasın. Eyni zamanda, həmin hasarın və tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Layihələrə əsasən Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərinin pozulmasına görə cərimələr müəyyənləşib. Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanın icazə olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüququ şəxslər 35 min manat miqdarında cərimə edilir.

Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin və məhdudlaşdırılmasına görə də tətbiq olunacaq. Sadalanan xətalar təkrar törədildikdə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə edilir.

Layihələr səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR