Rauf Mirqədirov məhkəmədə son söz deyib

Rauf Mirqədirov məhkəmədə son söz deyib
# 25 dekabr 2015 13:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib. İclasda R. Mirqədirov son söz deyib. O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib və məhkəmədən bəraət istəyib.

Bundan sonra hakimlər müşavirəyə gediblər.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR