Göyçayda kütləvi dava qətllə nəticələnib, bir nəfər xəsarət alıb - YENİLƏNİB

Göyçayda kütləvi dava qətllə nəticələnib, bir nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 05 fevral 2016 15:45 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17 radələrində Göyçayın Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.

Gənclər arasında baş verən kütləvi dava zamanı iki nəfər bıçaq xəsarəti alıb. Onlardan biri, Göyçay şəhər sakini, 1996-cı il təvəllüdlü İbrahimov Heydər Əbülfəz oğlu hadisə yerində ölüb.

Onu bıçaqlayan şəxsin 1993-cü il təvəllüdlü Ərəbcəbirli kənd sakini Səmədov Əli Azər oğlu olduğu məlum olub və polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qətl hadisəsi törədən şəxs Ərəbcəbirli kənd bələdiyyəsinin sədri Səyyaf Səmədovun qardaşı oğludur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparırlar.

***

saat 17.45

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17 radələrində Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb.

Gənclər arasında baş verən kütləvi dava zamanı onlardan biri bıçaq xəsarəti alıb və hadisə yerində ölüb.

Qətlə yetirilənin kimliyi məlum deyil.

Onu bıçaqlayan şəxsin 1993-cü il təvəllüdlü kənd sakini Səmədov Əli Azər oğlu olduğu məlum olub və saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Ölən gəncin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR