Bakıda Antalya turizminə həsr olunmuş tədbir keçiriləcək

Bakıda Antalya turizminə həsr olunmuş tədbir keçiriləcək
# 21 oktyabr 2015 11:29 (UTC +04:00)

Bakı - APA. "Antalya Expo Center" və “Anfaş Fuarcılık” Antalya sərgilərini və bu bölgənin qış turizmi imkanlarını Azərbaycanda tanıdacaq.

APA-nın məlumatlna görə, Bakıda Azərbaycan iş adamları, turizm şirkətləri və media nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, adları çəkilən qurumlar Antalyada iqlimin, yerləşmə və transfer imkanlarının da müsbət təsiri ilə iş adamlarına həm sərgi ziyarəti, həm də tətil imkanını birlikdə təklif edərək geniş ticarət fürsətinin yaradıldığı on minlərlə iş görüşü həyata keçirilməkdədir.

"Antalya Expo Center" və “Anfaş Fuarcılık” Anadoluda sektorların istehsal və ixracat səviyyəsini yüksəltmək, sərgiləri keçirilən sektorların yeni bazarlara çıxmasına dəstək vermək, ölkədaxili və ölkəxarici sektor təmsilçilərini, dövlət adamları, iş adamlarını, akademiklərini görüşdürərək sektorun inkişafına şərait yaradacaq beynəlxalq platforma yaratmaq məqsədi ilə dövlət və özəl sektorla əməkdaşlıq edir.

"Antalya Expo Center"də hər il yerli məhsullar, tikinti materialları, heyvandarlıq və süd məhsulları, kənd təsərrüfatı avadanlıqları, yerləşmə və qonaqpərvərlik sənayesi avadanlıqları, geyim, elektrik, iaşə məhsulları, daşınmaz əmlak, mərmər və təbii daşlar və şəhərsalma ilə bağlı sərgilər təşkil edilməkdədir.

Bu məqsədlə Antalyada qış turizmini inkişaf etdirmək və Antalya sərgilərini tanıtmaq məqsədi ilə Antalya Turizm Müdürlüyü, İqtisadiyyat Nazirliyi, Qərb Akdeniz İxracatçı Birlikləri, Hava yolu şirkətləri və turizmçilərdən ibarət iş komitəsi yaradılıb. Komitə olaraq müəyyən olunmuş regionlarda tanıtım toplantıları və görüşlər keçirilməsi haqda qərar verilib.

Qeyd edək ki, tədbir oktyabrın 23-ü saat 15.00-da Bakıda Milli QHT Forumunun binasında başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR