Həmkəndlisini güllələyən Ağdam sakini polisə təslim olub

Həmkəndlisini güllələyən Ağdam sakini polisə təslim olub
# 18 dekabr 2015 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həmyerlisini güllələyən Ağdam sakini polisə təslim olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 17-də Tərtər rayonunun İsmayılbəyli kəndində Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib. N.Aslanov könüllü olaraq, Tərtər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR