Cavid Qurbanov: "Bakı-Sumqayıt qatarı ilə hər gün 3000 adam daşınır"

Cavid Qurbanov: "Bakı-Sumqayıt qatarı ilə hər gün 3000 adam daşınır"
# 30 dekabr 2015 12:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakı-Sumqayıt elektrik qatarı ilə hər gün 2600-3000 adam daşınır".

APA-Economics”in xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C. Qurbanovun sözlərinə görə, Biləcəri və Xırdalan dəmir yolu stansiyalarında işlər davam etdirilir.

"Hazırda danışıqlar aparırıq və yəqin ki, yeni elektrovozlar alınacaq. Zabrat xəttini, dairəvi yolun ikinci hissəsini də açsaq vətəndaşlarımızın 3 saatlıq yolunu iki dəfə qısaltmış olacağıq. Bununla, bu ərazidə yaşayan 2 milyon insana xidmət etmiş olacağıq”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR