Bəşər Əsəd: "Müharibə Suriyaya 200 milyard dollardan çox ziyan vurub"

Bəşər Əsəd: "Müharibə Suriyaya 200 milyard dollardan çox ziyan vurub"
# 30 mart 2016 15:18 (UTC +04:00)

Bakı - APA. “2011-ci ildən başlayan vətəndaş müharibəsi nəticəsində Suriyaya dəyən ziyanın həcmi 200 milyard dolları ötüb”.

APA-nın məlumatına görə, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.

İqtisadi məsələlərin həllinin vəziyyət sabitləşdikdən sonra mümkün olacağını söyləyən B. Əsəd qeyd edib ki, infrastrukturun bərpası üçün uzun müddət lazımdır. Onun sözlərinə görə, Suriyada vəziyyətin yaxşılaşacağına ümidlər yaranandan sonra qaçqınlar ölkəyə qayıtmağa başlayacaqlar.

Suriya bildirib ki, kütləvi miqrasiyanın səbəbi təkcə terrorizm və təhlükəsizlik sahəsindəki vəziyyət deyil, eyni zamanda Qərb ölkələrinin Suriyaya qarşı tətbiq etdiyi blokadadır: “Çünki blokada üzündən təhlükəsiz zonalarda həyat səviyyəsi pisləşir və insanlar ölkəni tərk edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR