Şəmkirdə 25 yaşlı oğlanı ilan sancıb

Şəmkirdə 25 yaşlı oğlanı ilan sancıb
# 19 aprel 2016 19:16 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə ilan sancma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Posanlı kənd sakini, 1991-ci il təvəllüdlü Firdovsi Namazov ağır zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, F. Namazov özünə məxsus həyətyanı sahədə işləyərkən ilan onu sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR