Cəlilabad sakinləri xeyli miqdarda narkotik satarkən tutulublar

Cəlilabad sakinləri xeyli miqdarda narkotik satarkən tutulublar
# 29 fevral 2016 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda rayon sakinləri Şöylət Ağayev və Şahin Əliyev 5 kiloqram 865 qram tiryəki satarkən tutulublar. Ş.Ağayevin üzərinə baxış zamanı 10,215 qram heroin aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR