Şəkidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub

Şəkidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub
# 14 avqust 2016 16:43 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Şəkidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakinlərinin polisə etdikləri şikayət əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kəndin “Pəri” qəbiristanlığından qəbir daşlarının kənarlarına çəkilmiş dəmir barmaqlıqları oğurlayanların Mingəçevir şəhər sakinləri – 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyev və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovun olmaları müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxslər Mingəçevir şəhəri ərazisində tutularaq istintaqa təhvil veriliblər. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sözügedən qəbiristanlıqdan 20-ə yaxın qəbir daşlarının kənarına quraşdırılmış dəmir barmaqlıqları oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR