Rusiya Ukraynaya nota verib

Rusiya Ukraynaya nota verib
# 17 sentyabr 2016 13:33 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur.

Qeyd edək ki, Rusiyanın Kiyevdəki səfirliyi sentyabrın 17-də gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, 20-dək naməlum şəxs diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıb.

Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya da ciddi ziyan dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR