Bakının Xəzər rayonunda yanğın baş verib

Bakının Xəzər rayonunda yanğın baş verib
# 26 sentyabr 2016 05:12 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 30 m2 olan kafenin yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 12 m2 olan taxta konstruksiyadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 120 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyası 0,5 m2 sahədə yanıb.

Yüksək temperaturdan mağazasının lambirdən ibarət divar üzlüyü 0,5 m2 əriyib. Kafe, ərzaq mağazasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunUB. Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR