TQDK: Apellyasiya Komissiyasına 10 müraciət daxil olub

TQDK: Apellyasiya Komissiyasına 10 müraciət daxil olub
# 18 iyul 2016 15:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. TQDK-dan APA-ya verilən məlumata görə, komissiya Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib.

Qeyd olunan müddət ərzində komissiyaya 10 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib. Ekspertlərin izahı abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR