ABŞ səfirliyinin dəstəyi ilə Silver City Bound qrupu Azərbaycana gəlib

ABŞ səfirliyinin dəstəyi ilə Silver City Bound qrupu Azərbaycana gəlib
# 17 may 2016 08:26 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupunun Azərbaycana ilk səfəri təşkil olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, bu qrup Amerikanın ənənəvi musiqisinin müxtəlif ölkələrdən olan musiqiçilərlə birgə təqdimatları ilə məşhurdur. 2014-cü ildə qrup ABŞ-ın Dövlət Departamenti adından Çin, Myanmar, Laos və Vyetnam kimi ölkələrə səfər etmək üçün seçiliblər. Azərbaycanda olarkən Silver City Bound qrupu ABŞ Səfirliyi tərəfindən 13-22 may tarixlərində təşkil olunan Amerika Günləri çərçivəsində müxtəlif ictimai konsertlərlə çıxış edəcək və yerli musiqiçilər üçün ustad dərslər keçirəcək. Həmin konsertlər Sumqayıt, Quba və Bakıda yerləşən Muğam Mərkəzi və Bayram Meydanındakı Yaşıl Kafedə baş tutacaq.

Bluqrass musiqisi kantri musiqi janrına yaxın olan ənənəvi Amerika musiqi formasıdır. Appalachia ərazisinin musiqisinin təsirinə məruz qalmış Bluqrass özündə ənənəvi İrland, Şotlandiya, Uelş və İngilis musiqisinin köklərini birləşdirir, daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalıb.

Özünün xarici turnelərindən əlavə olaraq, Silver City Bound qrupu “Jazz at Lincoln Center”, SFJAZZ, Stanford Jazz Festivalı, Şimalı Karolina Məktəbinin İncəsənət Universiteti və digər məşhur incəsənət təşkilatlarının köməyi ilə ABŞ-da 200-dən çox konsertlər və ustad dərsləri keçirmişdir. Göstərilən təşkilatlar Amerika musiqisinin çoş mədəniyyətli mənşəyini tədqiq edir və eyni zamanda auditoriyalara improvizasiya, şifahi tarix, ritm və blyuz kimi konsepsiyaları təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR