Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 15 mart 2016 14:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Martın 16-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Goranboy" və Astara magistral qaz kəmərləri sahəsinin "Astara" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Astara şəhərinin və Goranboy rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR