Xalası oğlunu öldürən şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

 Xalası oğlunu öldürən şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
# 04 fevral 2016 14:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu qətlə yetirməkdə təqsirli bilinən Şahlar Mürşüdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ş. Mürşüdov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il avqust ayının 10-da Şamaxı şəhərində baş verib. Rayon sakini Şahlar Mürşüdov evində münaqişə zəminində Ağsu rayon sakini, xalası oğlu İlkin Novruzova bıçaqla xəsarət yetirərək, “Mercedes” markalı avtomobildə hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən İ.Novruzov orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR