Dövlət Departamenti: Suriyadakı “mötədil müxalifət”in bir hissəsi “Əl Qaidə” ilə birləşib

Dövlət Departamenti: Suriyadakı “mötədil müxalifət”in bir hissəsi “Əl Qaidə” ilə birləşib
# 05 noyabr 2015 00:58 (UTC +04:00)

Bakı-APA. Suriyadakı “mötədil müxalifət”in bir hissəsi “Əl Qaidə”nin yerli qolu hesab edilən “Cəbhə ən Nüsrə” ekstremist qruplaşması ilə birləşib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Enn Patterson bildirib.

““Əl Qaidə”nin yerli qolu hesab “Cəbhə ən Nüsrə” müxtəlif mötədil qrupları öz tərkibinə daxil edib”, deyə Patterson Konqresdə keçirilən dinlənələr zamanı bildirib.

Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi ABŞ-ın “Cəbhə ən Nüsrə” ilə əməkdaşlığa hazır olub-olmaması ilə bağlı suala cavab verməkdən boyun qaçırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR