Oğurluğa görə məhkum olunan şəxs barəsində bəraət hökmü çıxarılıb

Oğurluğa görə məhkum olunan şəxs barəsində bəraət hökmü çıxarılıb
# 07 oktyabr 2016 07:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apellyasiya Məhkəməsində oğurluq və kompüter informasiyalarına qanunsuz daxil olmaqda təqsirləndirilən Zaur Zülfüqarovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edərək onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 271-ci (kompüter informasiyalarına qanunsuz daxil olma) maddələri ilə ittiham olunan Z. Zülfüqarov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Z. Zülfüqarov barəsində bəraət hökmü çıxarılması barədə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR