DGK sədrinin Qobustanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib

DGK sədrinin Qobustanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib
# 24 may 2016 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin Qobustan şəhərində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlində nəzərdə tutulan qəbul günü dəyişdirilərək mayın 27-dən mayın 26-a keçirilib.

Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev mayın 26-da saat 11:00-da Qobustan şəhərində Gənclər Evində (Təzə məhəllə) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 25-I saat 11:00-dək 195 Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR