Nazir Səlim Müslümovun Naftalanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib

Nazir Səlim Müslümovun Naftalanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib
# 07 mart 2016 11:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Naftalan şəhərində keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, martın 11-dən 10-na keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, S. Müslümov həmin gün saat 10:00-da Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində Naftalan və Mingəçevir şəhərlərinin, Goranboy, Yevlax və Ağdaş rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Naftalan və Mingəçevir şəhərləri, Goranboy və Yevlax rayonları üzrə (022) 336-09-40, Ağdaş rayonu üzrə (020) 213-15-51 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbula yazılan vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılacaq və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR