Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayon Polis Şöbəsi çətənə kollarının əkilib-becərilməsi və alqı-satqısı ilə məşğul olan şübhəli şəxsi saxlayıb.
APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları rayonun Xındırıstan kənd sakini Firdovsi Allahverdiyevin evində əməliyyat keçiriblər.
Nəticədə həmin şəxsin həyətində becərilmiş çətənə kolları aşkarlanıb.
42 yaşlı F. Allahverdiyev polis tərəfindən saxlanılıb.