Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yaşayış binasında yanğın olub
# 09 aprel 2016 12:34 (UTC +04:00)

Bakı - APA. Gəncə şəhəri Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 3 kv.m sahədə yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 k.m sahədə əriyib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR