Avropa Liqası: “Kəpəz” - “Admira” - 0:2

Avropa Liqası: “Kəpəz” - “Admira”  - 0:2
# 20 iyul 2016 20:09 (UTC +04:00)

Bakı-APA. “Kəpəz” Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Admira” ilə cavab oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, ilk görüşdə 0:1 hesabı ilə uduzan Gəncə təmsilçisi növbəti mərhələyə adlamaq üçün Bakıda mütləq qələbə qazanmalı idi.

Ancaq Mödlinq təmsilçisinin “Kəpəz” üçün “Daçiya” olmadığı əvvəldən məlum idi.

Gözlənildiyi kimi, Gəncə klubu “Dalğa Arena”da lazım olan nəticəni əldə edə bilməyib. Şahin Diniyevin komandası ilk matçda olduğu kimi, yenə məğlubiyyətdən qaça bilməyib. Bu dəfə 2 top fərqli məğlubiyyət qeydə alınıb.

Avrokubokun cari mövsümündə keçirdiyi əvvəlki 3 oyunda cəmi 1 qol vuran “Kəpəz” bu görüşdə də qol üzünə həsrət qalıb.

Beləliklə, "Kəpəz" Avroliqada mübarizəni dayandıraraq, turnirlə vidalaşıb.

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

20 iyul

“Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya) - 0:2

Kristof Knasmüllner, 17; Patrik Şmidt, 76

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR