Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsi NATO sammiti çərçivəsində müzakirə olunacaq”

Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsi NATO sammiti çərçivəsində müzakirə olunacaq”
# 07 iyul 2016 18:45 (UTC +04:00)

Bakı-APA. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.

APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə o yazıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gedib.

Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR