Bakıda usta işlədiyi evin sahibəsinə qarşı cinayət törədib

Bakıda usta işlədiyi evin sahibəsinə qarşı cinayət törədib
# 19 avqust 2016 10:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda usta işlədiyi evin sahibəsinə qarşı cinayət törədib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Nəsimi rayonu ərazisində yaşayan Ulduz Rüstəmova 20-ci Polis Bölməsinə müraciət edərək avqustun 2-də evində usta işləmiş Akif adlı şəxsin onu bıçaqla hədələyib 270 manat pulunu, qızıl üzüyünü və 1 cüt qızıl sırğasını almasını bildirib.

Nəsimi rayonu RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akif Vəzirov tutulub.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR