Bakıda Dünya Səs Gününə həsr olunan konfrans keçirilib

Bakıda Dünya Səs Gününə həsr olunan konfrans keçirilib
# 15 aprel 2016 12:56 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Konservatoriyasında “Səs mərkəzi”nin təşəbbüsü ilə səs problemlərinə həsr olunmuş “Sağlam səs” mövzusunda elmi-praktik konfrans keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, tədbir 16 aprel Dünya Səs Gününə həsr olunub.

Konfrans Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.

Konfransı giriş sözü ilə açan Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi bu mövzuda geniş bir tədbirin ilk dəfə keçirildiyini bildirib və problemin çox aktual olduğunu vurğulayıb.

Qeyd olunub ki, xüsusən professional səs istifadəçilərinin qarşılaşdıqları problemlərin həlli yollarında onlara yardımçı olacaq maarifləndirici informativ xarakterli konfransın, rəhbəri olduğu elmi müəssisədə keçirilməsinin böyük əhəmiyyəti var.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi baş otorinolarinqoloqu, professor Nazim Hüseynov da öz çıxışında problemin aktuallığını vurğulayıb.

Sonra “Dünya səs günü” Azərbaycan Milli Koordinatoru Ramil Həşimli 2002-ci ildən etibarən bütün dünyada qeyd olunan bu günün keçirilməsində əsas məqsədin ictimaiyyətə səsin insan həyatındakı vacibliyini, əhəmiyyətini qeyd etmək, səsdə yarana biləcək problemlər və bu problemlərin müalicə-proflaktik həlli prinsipləri haqqında informasiya vermək olduğunu bildirib.

Konfrans işini həkimlər və vokal pedaqoqu tərəfindən professional səs istifadəçilərində səs problemlərinin müayinə və müalicə prinsipləri” , “Səsin akustik analizi”, “Azərbaycan xanım xanəndələrində bəm və zil tonların akustik analizi”, “Səs terapiyası” və “Professional səs istifadəsi və səs mərkəzi” mövzularında interaktiv məruzələrlə davam etdirib.

Konfransda Milli Konservatoriyanın professor-müəllim heyəti, tələbələri, bir sıra tanınmış musiqiçilər, həkimlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR