bashliq

bashliq
# 02 mart 2016 12:59 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Zaqatala-Balakən bölgəsi üzrə səlahiyyətli nümayəndəsi (qazısı) Hacı İbrahim İbrahimov deyib ki, imamların Şeyxülislam tərəfindən azad edilməsinə səbəb həmin məscidlərdə QMİ tərəfindən tətbiq edilən dini təqvimə yox, özlərinin “Davud əfəndi” adlı təqvimlərinə istinad etmələri olub: “Şeyx də onları ötən ilin ortası imamlıqdan azad etdi. Amma onların yerinə təyinat mümkün olmur. Çünki heç kim o kəndlərdə gedib imamlıq eləmək istəmir, çəkinirlər. Başqa yerlərə fikriniz getməsi, burda bu kəndlərə kimə imamlıq təklif ediriksə, getmir. Qorxurlar. Deyirlər, “başımızı cəncələ soxmaq istəmirik. Gedib kafel metlax döşəyib hər aya 600-700 manatımızı qazanırıq də, elə kəndlərdə o cür imamlıq nəyimizə lazımdır?” Yəni belə bir vəziyyətdə qalmışıq, bizə çox çətindir. Ona görə də hazırda bu 3 kənd imamsızdır”. QMİ rəsmisi onu da deyib ki, bunların arasında yalnız Car məscidində dini icma qeydiyyatdan keçməyib ki, buna da səbəb həmin icmanın davamlı müraciət etməməsidir: “Hər halda qeydiyyat məsələsi ilə bağlı problemlərə biz cavabdeh deyilik. Buna Dini Komitə baxır”

Car məscidinin imam müavini Hacı Məhəmməd Qurqunayev isə APA-ya bildirib ki, onların məscidində heç bir radikalizmdən söhbət gedə bilməz, camaat sakitcə ibadətini edir və qeydiyyat üçün də dəfələrlə müraciət etmələrinə baxmayaraq diqqət göstərən yoxdur. Məscidin imamı Hacı Məhəmməd Vasiyevin hələ də imamlıq etdiyini və camaat tərəfindən dərin hörmətlə qəbul edildiyini deyən imam müavini deyib ki, hazırda imam xəstəliyi ilə bağlı müalicə üçün Rusiya gedib: “Amma bizim məsciddə bu gün də ibadət davam edir və heç bir təriqətçilikdən söhbət gedə bilməz. Sadəcə QMİ bizi qəbul eləmək istəmir və bunun da səbəbini bilmirik. Bizim camaat heç kimlə heç bir ədavət aparmır. Hər kəs əməlinə görə onsuzda axirətdə cavab verəcək”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala, Balakən və Qax rayonları üzrə şöbə müdiri Mehman İsmayılov APA-ya bildirib ki, o bu vəzifəyə 2012-ci ildən təyin olunub və bu müddətdə Car məscidinin qeydiyyatı ilə bağlı ona müraciət edən olmayıb: “Onların imam məsələsi ilə bağlı QMİ ilə nə problemləri var bilmirəm, amma qeydiyyat məsələsində hər cür dəstək verməyə biz hazırıq. 2009-cu ildə qanunvericilikdə məlum dəyişiklikdən sonra bütün icmalar təkrar qeydiyyatdan keçmək üçün müraciət edir. Bunlar da etməlidirlər. Amma mən olduğum müddətdə etməyiblər”. Komitə rəsmisi QMİ nümayəndəsinin qeyd olunan üç kənddəki vəhhabiçilik ilə bağlı narahatlığı ilə razılaşmayıb: “Belə bir hal burda yoxdur. 2015-ci ildə o üç kəndin məscidlərindəki imamları Şeyxülislam azad etdi. O vaxtdan bəri o yerlər boşdur. Amma buna səbəb deyilən arqumentlər yox, sadəcə uyğun kadrların olmamasıdır. Komitə bununla bağlı QMİ-yə artıq müraciət edib, yəqin ki, yaxın zamanda həll olunar. Sadəcə kadr çatışmazlığı var. Axund və imam təyinatları Azərbaycanda QMİ tərəfindən həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR