Respublika Müalicəvi Diaqnostika Mərkəzi ötən ili 1 mln. manatdan artıq zərərlə başa vurub

Respublika Müalicəvi Diaqnostika Mərkəzi ötən ili 1 mln. manatdan artıq zərərlə başa vurub
# 02 avqust 2016 07:12 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ildə "Respublika Müalicəvi Diaqnostika Mərkəzi" ASC-nin aktivləri 63,1% artaraq 11,486 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, aktivlərin 5,410 mln. manatı uzunmüddətli, 6,076 mln. manatı isə qısamüddətlidir.

Mərkəzin 11,486 mln. manat həcmində öhdəliyi var. ASC-nin kreditor borcları il ərzində 22 dəfə artaraq 3,754 mln. manata çatıb.

Hesabat dövründə mərkəzin gəlirləri 17,3% azalaraq 4,294 mln. manat olub.

ASC ötən ili 1 mln. 26 min 774,88 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR