Gürcüstanda polisi təhqir etməkdə təqsirləndirilən iki azərbaycanlı saxlanılıb

Gürcüstanda polisi təhqir etməkdə təqsirləndirilən iki azərbaycanlı saxlanılıb
# 25 fevral 2016 10:01 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda polisə tabe olmamaq və onları təhqir etməkdə təqsirləndirilən iki azərbaycanlı saxlanılıb.

Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Poniçala (Soğanlıq) kənd sakinləri - 1977-ci il təvəllüdlü Rita B. və 1968-ci il təvəllüdlü Vüqar Q. İsani-Samqori Polis İdarəsinin Poniçala (Soğanlıq) kəndindəki polis məntəqəsinə gedərək, orada polis əməkdaşlarını təhqir ediblər, polisin məntəqəni tərk etmələri barədə əmrinə tabe olmayıblar.


Saxlanılan şəxslər haqqında cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR