Masallı-Yardımlı şose yolunda çökmələr və torpaq sürüşmələri baş verib

Masallı-Yardımlı şose yolunda çökmələr və torpaq sürüşmələri baş verib
# 09 dekabr 2015 13:34 (UTC +04:00)

Masallı-Yardımlı. Ağəddin Babayev - APA. Masallı-Yardımlı şosesində torpaq sürüşmələri və çökmələr baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yolun əsasən 16-17-ci kilometrliklərində qeydə alınıb. Dekabrın 5-dən başlayaraq sözü gedən ərazidə torpaq sürüşmələri və çökmələr daha da aktivləşib. Masallı rayon 22 və Yardımlı rayon 23 nömrəli yol istismar sahələrinin ağır texnikasının və canlı qüvvəsinin səyləri nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək hər hansı məhdudiyyətlər operativ qaydada aradan qaldırılır. Belə ki, mütəmadi olaraq yoldakı çökəkli yerlər çınqılla doldurulur, yamaclardan yola tökülən torpaq qatı və lil təmizlənir. Hazırda hər iki qurumun birgə səyləri ilə qəza baş verən yola parallel olaraq 400 metrlik yeni yol çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR