Mehman Səlimovun məhkəməsi davam etdirilib

Mehman Səlimovun məhkəməsi davam etdirilib
# 16 oktyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatının görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Kənan Rəsulov və Ağamirzə Məmmədov ifadə verib. K. Rəsulov ifadəsində M. Səlimovu tanımadığını deyib və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. A. Məmmədov da ifadəsində təqsirləndirilən şəxslər tanışlığının olmadığını deyib.

Daha sonra prosesə dəfələrlə çağırılan, lakin gəlməyən şahidlərin barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.

Proses oktyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Mehman Səlimov 2014-cü ildə həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR