ABŞ-ın 1992-ci ildәn Azәrbaycana etdiyi yardımın həcmi açıqlanıb

ABŞ-ın 1992-ci ildәn Azәrbaycana etdiyi yardımın həcmi açıqlanıb
# 24 noyabr 2015 15:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ABŞ Dövlәt Departamenti Avropa vә Avrasiya ölkәlərinә yardımlar üzrә koordinatoru Alina Ramanovski deyib.

Onun sözlərinə görə, ABŞ-ın Azәrbaycana әşya, geyim və qida məhsullarından ibarət yardımı 220 milyon dollar dәyәrindә qiymәtlәndirilir.

"ABŞ 1992-ci ildәn ANAMA-ya 30 milyon dollar ayırıb. Bu vəsait hesabına 500 minә yaxın mina vә partlamamış hәrbi sursat aşkarlanaraq zərərsizləşdirilib. ABŞ-ın Azәrbaycana yardımlarının әsas mәqsәdi Azәrbaycan hökumәtinin qarşıya qoyduğu mәqsәdlәrә çatmaqda yardım etmәk, iqtisadiyyatı diversifikasiya etmәk vә özәl sektoru inkişaf etdirmәkdir”, - deyə o vurğulayıb.

A. Ramanovski bildirib ki, USAİD Azәrbaycanda kәnd tәsәrrüfatı sahәsindәki fәaliyyәti nәticәsindә irәlilәyiş әldә olunub. O qeyd edib ki, narın istehsalı 57, digәr istehsal sahələri isə 12 faiz artıb: “Fermerlәrә yardım nәticәsindә nar ixracı 55, qoz ixracı isә 68 faiz artıb”.

Amerikalı diplomat onu da əlavə edib ki, ABŞ həmçinin Azәrbaycana demokratiya vә insan haqları sahәsindә yardımlar edib. “İnsanların yerli hakimiyyәt orqanları ilә münasibәtlәrinin formalaşması vә dialoqu məqsədi ilə 39 layihә hәyata keçirib", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR