Astarada minik avtomobili kanala düşüb, sürücü xəsarət alıb

Astarada minik avtomobili kanala düşüb, sürücü xəsarət alıb
# 27 iyul 2016 10:07 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Astarada yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.20 radələrində rayonun Böyük Şahağacı kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü İqbal İbrahimovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili qəfildən idarəetmənin itməsi səbəbindən yolun kənarındakı kanala düşüb. Qəza zamanı xəsarət almış sürücü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR