Şəmkir sakini çayda çimərkən boğulub

Şəmkir sakini çayda çimərkən boğulub
# 27 iyul 2016 10:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Şəmkir sakini çayda çimərkən boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 25-də Şəmkir rayon sakini Aqşin Allahverdiyev Şəmkir çayının Təzəkənd kəndi ərazisindən keçən hissəsində çimərkən boğulub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR