Azərbaycanda dollarla valyuta əməliyyatlarının həcmi üçqat, avro ilə 1,6 dəfə azalıb

Azərbaycanda dollarla valyuta əməliyyatlarının həcmi üçqat, avro ilə 1,6 dəfə azalıb
# 09 avqust 2016 11:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə azalıb. Başqa sözlə, bu ilin iyul ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 3 mlrd. 320 mln. 382,4 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 9 mlrd. 174 mln. 167,6 min manat təşkil edib.

Bu ilin yanvar-iyun aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

1 mlrd. 699 mln. 179,7 mln. ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 4,4 dəfə azdır. Bu ilin 6 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 621 mln. 202,8 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

Bu ilin 6 ayında avro ilə əməliyyatların həcmi isə 1,6 dəfə azalıb. Başqa sözlə, bu ilin yanvar-iyun aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 462 mln. 647,8 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 739 mln. 994,6 min avro təşkil edib.

Bu ilin 6 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 281 mln. 103,3 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,1 dəfə azdır. Bu ilin yanvar-iyun aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 181 mln. 544,5 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR