Meksikada yük maşının qoşqusunda 142 miqrant aşkarlanıb

Meksikada yük maşının qoşqusunda 142 miqrant aşkarlanıb
# 14 yanvar 2016 04:22 (UTC +04:00)

Bakı-APA. Meksika polisi paytaxt Mexiko yaxınlığında içərisində 142 miqrantın olduğu yük maşınını aşkarlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Amerika ölkələrindən gələn qeyri-qanuni miqrantar Meksikanın şimalındakı Monterrey şəhərinə, oradan isə ABŞ ərazisinə keçməli imişlər.

Yük maşını Meksikanın Verakrus şəhərindən yola düşüb. Hadisə ilə əlaqədar avtomobilin sürücü daxil olmaqla, 4 nəfər saxlanılıb. Onlar insan alveri və miqrantların qanunsuz daşınmasında şübhəli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR