"DəmirBank" tələbələr üçün "Öz karyeranın CEO-na çevril" adlı təqdimat keçirib

"DəmirBank" tələbələr üçün "Öz karyeranın CEO-na çevril" adlı təqdimat keçirib
# 16 mart 2016 13:13 (UTC +04:00)

Bakı - APA-Economics. Daim gənclərin inkişafında, onların möhkəm karyera təməlinin formalaşmasında fəal iştirak edən "DəmirBank" ənənəsinə sadiq qalaraq “Young Business Factory”də tələbələr üçün "Öz karyeranın CEO-na çevril" adlı təqdimat təşkil edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "DəmirBank"ın İnsan resursları departamentinin əməkdaşları tərəfindən həm bakalavr, həm də magistr tələbələri üçün keçirilən təqdimatda gənclərimizin karyera inkişafı, düzgün istiqamətləndirmə, “DəmirBank” əməkdaşlarının inkişafı və uğur hekayələrini təsvir edən mövzulara toxunulub.

Qeyd edək ki, istedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaq məqsədi ilə “DəmirBank” mütəmadi olaraq universitetlərdə, karyera mərkəzlərində və gənclər təşkilatlarında müxtəlif tədbirlər həyata keçirir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR