Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Avqust

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 13 Avqust
# 13 avqust 2016 18:06 (UTC +04:00)

"Türkiyə-Rusiya münasibətlərində sürətli bir yaxınlaşmanın olacağı şərtdir. İki dövlətin əməkdaşlığının əsas kontekstlərində biri və bəlkə də birincisi Suriya məsələsi olacaq. Önümüzdəki dövrdə Rusiya Əsəd rejimi ilə Türkiyə arasında vasitəçilik edə bilər, Ankara Suriya və Rusiyadan müəyyən güzəştlər əldə edə bilər. Məsələn, Türkiyə razılaşma əsasında İŞİD-in Suriyadakı mövqelərinə havadan zərbələr endirmək imkanı qazana bilər. Həm Rusiya, həm Türkiyə çox güman ki, münasibətlərdəki problemlərin kompleks şəkildə həllinə çalışacaqlar və bu, Ankaranın qırmızı xətlərindən sayılan Hələb məsələsinə də təsirsiz ötüşməyəcək. Məsələn, Hələbdə keçirilən hərbi əməliyyatlar bir az koordinasiya olunmuş şəkildə aparıla bilər. Ümumilikdə isə yaxın gələcəkdə Türkiyə-Rusiya-İran üçtərəfli maraqlar formulunun ortaya çıxması da mümkün ola bilər".

Bu fikirləri "Panoram" proqramının 1 iyul tarixli buraxılışında professor Nazim Cəfərsoy səsləndirib. O zaman Türkiyədə nə 15 iyul hadisələri baş vermiş, nə təyyarə insidentində Fəthullah Terror Təşkilatının əli olduğu ehtimalı səslənmiş, nə cənab Ərdoğan Rusiyaya səfər etmiş, nə cənab Putin "Suriya məsələsində Türkiyə ilə hərtərəfli əməkdaşlıq edəcəyik" bəyanatını vermişdi. Heç Türkiyənin xarici siyasət kursunu 180 dərəcə çevirəcəyi, Yaxın Şərq siyasətini İran və Rusiya ilə üçtərəfli formatda quracağına işarə belə yox idi. Demək istəyirəm ki, dünyada baş verənləri təkcə xarici mediadan izləməyin, Azərbaycanda da təhlil qabiliyyəti yüksək insanlar, hərtərəfli müzakirələrin aparıldığı analitik proqramlar var.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR