Qəbələdə keçirilən əmək yarmarkasında 100-dən çox şəxs işlə təmin olunub

Qəbələdə keçirilən əmək yarmarkasında 100-dən çox şəxs işlə təmin olunub
# 21 sentyabr 2016 15:32 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə bu gün növbəti əmək yarmarkası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən yarmarkanın açılış mərasimində Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Anar Rzayev, rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Tədbirdə məlumat verilib ki, əmək yarmarkasında iştirak edən vətəndaşlara 33 idarə, müəssisə və təşkilat tərəfindən 283 boş iş yeri təqdim olunub.

Yarmarkada iştirak edən 452 nəfər iş axtaran və işsiz vətəndaşdan 102-si öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR