Federal Tədqiqatlar bürosu Kaliforniya ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib

Federal Tədqiqatlar bürosu Kaliforniya ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib
# 04 dekabr 2015 21:11 (UTC +04:00)

Bakı-APA. ABŞ Federal Tədqiqatlar bürosu Kaliforniya ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin nümayəndəsi bildirib.

“Hadisə ilə əlaqədar saxlanılan hələ ki, yoxdur. Lakin araşdırma nəticəsində həbs edilənlər olacaq”, deyə FTB nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın San-Bernardino şəhərində məhdud fiziki imkanlı insanlar üçün mərkəzdə baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR