Kolumbiya Fələstində səfirlik açacaq

Kolumbiya prezidenti Qustavo Petro

© APA | Kolumbiya prezidenti Qustavo Petro

# 23 may 2024 12:12 (UTC +04:00)

Kolumbiya Prezidenti Qustavo Petro Fələstinin Ramallah şəhərində səfirliyin açılmasına göstəriş verib

APA "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Luis Gilberto Murillo jurnalistlərə bildirib.

Murillo əlavə edib ki, tezliklə daha çox ölkə Birləşmiş Millətlər Təşkilatı qarşısında Fələstin dövlətinin tanınmasını dəstəkləməyə başlayacaq.
Xatırladaq ki, Kolumbiya mayın əvvəlində Təl-Əvivdən səfirini geri çağırıb və ölkə prezidenti deyib ki, Qəzzadakı müharibəyə görə İsraillə diplomatik əlaqələri kəsir. Səfirlik mayın 3-də bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR