Azərbaycanda Müstəqillik günü qeyd olunur

Azərbaycanda Müstəqillik günü qeyd olunur
# 17 oktyabr 2015 21:01 (UTC +04:00)

Ali Sovetin oktyabrın 18-də keçirilən tarixi sessiyasında isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

1991-ci il dekabrın 29-da isə referendum keçirilib. Xalq bülletenə daxil edilmiş suala – “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” sualına yekdilliklə tərəfdar çıxıb. Beləliklə, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşüb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.

Artıq 24 ildir ki, Azərbaycan 18 oktyabrı bayram kimi qeyd edir. Bununla belə, 18 oktyabr ölkədə qeyri-iş günü sayılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR