Lənkəranda 150 kiloqram istifadəyə yararsız ət aşkarlanıb

Lənkəranda 150 kiloqram istifadəyə yararsız ət aşkarlanıb
# 28 dekabr 2015 12:31 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) ilə rayon Baytarlıq İdarəsi əməkdaşları rayonda qanunsuz ət tədarükünə qarşı reyd keçiriblər. APA-nın cənub bürosunun məlumatına görə, reyd zamanı rayonun Osaküçə kəndi ərazisindəki meşə massivində mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran ümumilikdə 150 kiloqram çəkidə 3 baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilərək götürülüb.

Lənkəran Baytarlıq İdarəsindən bildiriblər ki, aşkarlanmış heyvan cəmdəkləri müayinə olunmaq üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil veriləcək.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR