Federika Moqerini və 7 Avropa komissarı İrana səfər edəcək

Federika Moqerini və 7 Avropa komissarı İrana səfər edəcək
# 16 aprel 2016 00:42 (UTC +04:00)

Bakı-APA. Aprelin 16-da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İrana rəsmi səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd nüvə razılaşmasının əldə edilməsindən sonra Aİ ilə İran arasında genişmiqyaslı münasibətlərin bərpasıdır.

F.Moqerini ilə birgə Tehrana əməkdaşlığın praktiki istiqamətlərinin müzakirəsi üçün yeddi Avropa komissarı da yola düşür. Avropa diplomatiyasının başçısı İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Əli Laricani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək. F.Moqerinini müşayiət edən komissarlar isə iranlı nazirlərlə ikitərəfli danışıqlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR