Ağstafada evə basqın edən şəxs 5 min manatlıq qızıl aparıb

Ağstafada evə basqın edən şəxs 5 min manatlıq qızıl aparıb
# 19 iyul 2016 10:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağstafada evə basqın olub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Ramilə Quzanovanın yaşadığı evə pəncərədən girən naməlum şəxs, onun ağzını əli ilə tutaraq və qollarını buraraq oradan 31 manat və 5000 manat dəyərində qızıl əşyalar aparıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR