Bakı-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-də Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər. APA-nın məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində paylaşıb.
“Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyət və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, - deyə Uorlik qeyd edib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi hazırda ATƏT-də sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq.