Ötən il Narkoloji Mərkəzdə sərxoşluqla bağlı müayinədən keçənlərin statistikası açıqlanıb

Ötən il Narkoloji Mərkəzdə sərxoşluqla bağlı müayinədən keçənlərin statistikası açıqlanıb
# 05 mart 2016 09:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinin hamısı 2015-ci ildə sərxoşluqla bağlı tibbi müayinədən keçib.

APA-nın məlumatına görə, bu, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb.

Keçən il “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə bərabər “CargoAz” MMC-166 yük daşınması xidmətinin işçiləri, “SOCAR Petroleum” QSC-nin yanacaq daşıyan avtosistern sürücüləri, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mühafizəçiləri və sürücüləri də Respublika Narkoloji Mərkəzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən keçib. “Saipem Contracting Netherlands B.V” və BP şirkətlərinin Azərbaycan Respublikasındakı filiallarının həkim heyətinə isə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” adlı təlim kursları təşkil olunub.

Ümumilikdə 2015-ci ildə Respublika Narkoloji Mərkəzində 30 min 655 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR