Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib

Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib
# 22 noyabr 2015 18:13 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni sədr seçilib.

APA-nın xəbərinə görə, AKP-nin İstanbul millət vəkili İsmayıl Kahraman TBMM-nin sədri seçilib.

O, 316 səslə rəqiblərinə qalib gəlib.

Qeyd edək ki, TBMM sədrliyinə parlamentdə təmsil olunan CHP-dən Gülsün Bilgehan, MHP-dən Yusuf Halaçoğlu, HDP-dən Dengir Mir Mehmet Fırat namizəd olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR